Qəbələdə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü də olub. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olunub. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi qeyd olunub və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.
Ölkəmizə səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib.
Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində də olublar. Hazırda 24 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İrakli Qaribaşviliyə “ABAD-çı ailə” tərəfindən hazırlanmış əl sənətkarlığı məhsulu hədiyyə olunub.
Prezident İlham Əliyev və Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində də olublar.
- Baxış: 274