• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 07.04.2023 20:40

Silsilə oğurluqların üstü açılıb

KepezTV Player

Şəmkir Polisi Kür qəsəbəsindəki fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslərı saxlayıb. Rayon sakinləri Şəhriyar Muradov, qardaşı Cəsarət Muradov, İmamqulu Məmmədov, Rəsul Məmmədov, Musaməddin Namazov, Sənan Məmmədli və Ruslan İsmayılov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus mağaza, fərdi yaşayış evləri və avtomobillərə qanunsuz yolla daxil olaraq oradan müxtəlif əşyaları oğurlaraq satıblar. Onlar əldə etdikləri pulu öz aralarında bölüblər. Şübhəli şəxslərdən 6 nəfəri maddi sübtların böyük əksəriyyəti ilə birlikdə saxlanılaraq istintaqa təvil verilib. Hazırda dəstənin digər üzvü Sənan Məmmədlinin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirlir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.