• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 07.04.2023 20:20

Millinin gəncəli üzvləri beynəlxalq turnirdə fəxri kürsüdə yer alıblar

KepezTV Player

Gəncəli boksçular beynəlxalq turnirdən doğma şəhərə medalla dönüblər. Dəri əlcək ustaları iştirak etdirkləri yarışda iki medal qazanıblar.

Bakıda təşkil edilən yeniyetmələr arasındakı beynəlxalq turnir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yarışa 11 ölkədən 100-ə yaxın boksçu qatılıb. Nizami yurdundan Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin 5 üzvü paytaxtdakı turnirdə rinqə çıxıb. Onlardan ikisi fəxri kürsüdə yer alıb. 52 kq çəkidə Faiq Mollayev və 70 kq-da Rza Rzayev mükafatçılar sırasına düşüblər. Hər iki yeniyetmə bürünc medala yiyələnib.

İdmançıların çıxışını qənaətbəxş hesab edən 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin boks bölməsinin baş məşqçisi Məhəmməd Əliyev bu nailiyyətlə kifayətlənməyəcəklərini söyləyib.

Beynəlxalq turnirdə yer tutan hər iki boksçu yeniyetmələrdən ibarət milli komandanın üzvüdür. Cari il respublika yarışının qalibi olan dəri əlcək ustaları yayda keçiriləcək Avropa birinciliyinə vəsiqə əldə ediblər.

Orxan Cəfərzadə