Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq konfrans keçirilib. “Heydər Əliyev - Gənclərin Zəngin İrs Mənbəyi” mövzusunda baş tutan tədbirdə Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyasından, bunun ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildiyi vurğulanıb. Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs edilib. Dahi şəxsiyyətin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi fəaliyyətlərindən danışılıb. Sonda şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs təşəkkürnamə ilə təltif edilib.
- Baxış: 279