KepezTV Player
Göygöl rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Göygöl Rayon Mərkəzi Xəstəxanası ilə birgə qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan ehtiyatını artırmaq məqsədi daşıyıb. Artıq Göygöldə ənənə halını alan bu nəcib aksiyaya yerli icra nümayədələri və bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları, həmçinin sakinlər könüllü olaraq qatılıblar. 100-dən çox donordan Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən qan götürülüb. Səhər saatlarından başlayan aksiya gün sonunadək davam edib.
- Baxış: 267