Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsi meyvəçilikdir və ölkədə tropik meyvələr istisna olmaqla demək olar ki, bütün meyvə bitkiləri becərilir. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun işçilərinin əsas vəzifəsi ölkədə becərilən müxtəlif meyvə bitkilərinin xəstəlik, zərərverici və alaq otlarını öyrənməklə bu zərərverən orqanizmlərə qarşı elmi əsasları olan mübarizə tədbirlərini hazırlamaqdır. Bu barədə institutda “Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə bitkilərinin zərərverən orqanizmləri ilə mübarizə işlərinin təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans bildirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə ölkədə yeni intensiv və superintensiv bağlara görə subsidiyalar, ixrac potensialı yüksək olan meyvə bağlarının salınmasına görə birdəfəlik ödəmələrin verilməsinin fermer və sahibkarlarda bu sahəyə marağı artırdığı vurğulanıb. Konfransda meyvə bitkilərinin bakterial xəstəlikləri, meyvə bağlarında aktual olan xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məruzələr də dinlənilib.
- Baxış: 369