• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 04.04.2023 20:08

"Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir"

KepezTV Player

"Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir". Bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşündə bildirib. Nazir Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaması, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb.