• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 03.04.2023 20:24

Gəncənin ən məşhur güləş məşqçisinin 75 yaşı tamam olub

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə əməkdar məşqçi Elçin Zeynalovun 75 illik yubileyi qeyd olunub. 10 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda idman ictimaiyyəti və çalışdırıcının yetirmələri iştirak ediblər. Elçin Zeynalovun Nizami yurdunda güləşin inkişafında xüsusi xidmətlərinin olduğu, onun dünya və Avropa, eləcə də Olimpiya çempionları yetişdirdiyindən bəhs edilib. Həmçinin, yubilyara hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Bədii hissədə yeniyetmə muğam ifaçılarının təqdimatında xalq mahnıları tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Qocaman mütəxəssis ona göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib. Sonda Elçin Zeynalov haqda video-material nümayiş etdirilib.

Orxan Cəfərzadə