• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 03.04.2023 20:21

"Göygöl" Rusiyada ölkəmizi təmsil edəcək

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansanblı Rusiyanın Sankt-Peterburq şəhərinə yollanır. Kollektiv MDB-nin mədəniyyət paytaxtının seçilməsi ilə bağlı tədbirdə ölkəmizi təmsil edəcək. Aprelin 6-dan 8-dək Rusiyanın şimal paytaxtında olacaq ansambl xalq və bəstəkar mahnıları, eləcə də muğamlarımızdan sintez edilən musiqili proqramla çıxış edəcək. Kollektiv hazırda məşqləri davam etdirir və tar, kamança, balaban və tütək də çıxış zamanı təqdim olunacaq. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı ötən ilin dekabrında isə MDB-nin mədəniyyət paytaxtı olan Qırğıstanın Karakol şəhərində keçirilən tədbirdə ölkəmizi təmsil edib.

Sahil Quluyev- Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri: “Biz bu mahnıların içərisində seçimimizi elə qurmuşuq ki, bizim musiqi həm estrada, həm xalq, həm də muğamları ifa edir. Gözəl proqram hazırlamışıq. Orada Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”, “Qarabağ şikəstəsi”, bəstəkarımız Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnıları ifa olunur. Biz bunu yeni aranjimanda, bir-birindən maraqlı keçidlərlə hazırlamışıq. İnanıram ki, uğurlu çıxışımız olar”.

Rövşən Məmmədov- Gəncə Dövlət Filarmoniyasının solisti: “Həqiqətən, biz fəxr edirik ki, Azərbaycanımızı, mədəniyyətimizi xarici ölkələrdə təmsil edirik. Ölkələr arasında birlik, dostluq rəmzi olaraq biz bunu nümayiş etdiririk”.

Elnur Vahidoğlu