Təəsüflə demək olar ki, aparılan reydlərə, edilən maarifləndirici söhbətlərə baxmayaraq, ictimai nəqliyyat sürücüləri düzəlmək bilmir ki, bilmir. Qulaqcıqdan istifadə etməklə telefonla danışmaq, dayanacaqdan kənarda sərnişin mindirib-düşürmək, avtobusların çirkli və baxımsız olması da bir tərəfdən... Gəncədə aparılan reyd, bir daha bu məsələnin aktuallığını ortaya qoyur.
Reyd, Gəncənin ictimai nəqliyyatında gün ərzində sərnişinlərin rastlaşdığı mənzərədən adiyyatı qurumu da agah etdi. Bir sözlə şəhərin küçələrində avtobus və mikroavtobuslarla bağlı özbaşınalıq hökm sürür. Kim necə istəyir sükanı idarə edir, siqaret çəkərək telefonla danışır, daşıdıqları yüzlərlə həyatı təhlükəyə atır.
Rastlaşılan xoşagəlməzliklərin ən böyük narazıçısı isə sərnişinlərdir. Onlar belə halların qarşısının alınmasını istəyirlər.
Qarşılaşılan bu kimi hallar isə yalnız hüquqi yolla tənzimlənir. Sürücüyə ya xəbərdarlıq, ya da cərimə yazılır. Sürücünün xəttdən kənarlaşdırılması, ya da daşıyıcı şirkətə qarşı qəti addımların atılmasına rast gəlinmir.
Gəncədə gündəlik 8 daşıyıcı şikət tərəfindən 33 xətt üzrə 230 nəqliyyat vasitəsi əhaliyə xidmət edir.
Elnur Vahidoğlu
- Baxış: 317