• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 31.03.2023 16:24

Azərbaycan Basketbol Liqasında 23-cü turun oyunları keçirilir

KepezTV Player

Basketbol üzrə Azərbaycan Basketbol Liqasında 23-cü turun oyunları keçirilir. Turnir çərçivəsində Gəncənin eyniadlı komandası doğma meydanda Astaranın Zirvə kollektivini qəbul ediləcək. Aprelin 2-də Gəncə Olimpiya İdman Kompleksində keciriləcək oyun saat 15:00-də başlayacaq. Ötən həftə Azərbaycan kubokunu qazanan sarı-göylər bu titulu aldıqdan sonra ilk dəfə Nizami yurdunda azərkeşlər önünə çıxacaq. Oyun öncəsi Gəncə komandası turnir cədvəlində 37 xalla 4-cü, Astara təmsilçisi isə 27 xalla 7-ci yerdədir.

Amil Həmzəyev- basketbolçu: “Hazırlıqlara 3 gün fasilədən sonra başlamışıq. Çempionatda 6 oyunumuz qalıb. İstəyirik ki, o oyunları da uğurla nəticələndirib, sonra final mərhələsində play-off da ilk 4-lükdə qala bilək və komandamızı play-offda da təmsil edə bilək.Hazırlıqlarımız gedir və əlimizdən gələni edirik. Mövsümün başından bəri Gəncə komandası favorit sayılırdı. Liqada, kubokda qalib gəldikdən sonra da məsuliyyətimiz bir az da artdı. Kubokda qalib gəldikdən sonra istəyirik ki, çempionatda da öz sözümüzü deyək. Rəqiblər də artıq bizi daha çox favorit görür. Biz də bunu müsbət tərəfə dəyərləndirib, qalib gəlməyə çalışacağıq”.

Əkbər Məmmədov- basketbolçu: “Oyuna tam hazırlaşmışıq, kubok motivasiyası ilə hazırlaşmışıq. Bildiyiniz kimi, kubokda qalib gəldik və bu motivasiya ilə oyuna hazırlaşmışıq və bizim təkrarlamaq istədiyimiz şey var ki, biz həm kubokun, həm də liqanın çempionu olaq. Yəni, ikisini eyni anda qazanaq. Növbəti, yerdə qalan 6 oyunumuz var. Biri Zirvə-Astara və digər komandalarla. Bunların üçü Gəncə şəhərindədir. İdmanda hər şey baş verir. Biz istəyirik ki, Gəncədə olan oyunlarımızı yüz faiz qalibiyyətlə bitirək. Digər başqa yerdə olan oyunlarımızı udandan sonra play-off mərhələsi başlayacaq”.

Vüqar Məmişov- basketbolçu: “Azərbaycan kubokunu əldə etməyi bacardıq. İndi bütün hədəfimiz, bütün gücümüz liqaya yönəlib. Liqanı da qazanıb azarkeşləri sevindirərik. Bildiyiniz kimi, ayın 2-si Gəncə Olimpiya İdman Kompleksində Zirvə-Astara ilə görüşəcəyik, onları öz meydanımızda qəbul edəcəyik. Bütün azərkeşlərimizdən tribunaları doldurmaqlarını xahiş edirik, hamını gözləyəcəyik. Azərbaycan kubokunun təqdimatı da həmin oyun öncəsi olacaq”.