• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 31.03.2023 10:20

“Ermənistanın davamlı təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”

KepezTV Player

“Azərbaycanla Fələstin arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlər inkişaf edir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilərkən deyib. Ceyhun Bayramov, həmçinin Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.