• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2381
— 31.03.2023 10:15

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür

KepezTV Player

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci ilin martın sonlarından Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb. Şamaxı, Quba və digər şəhər və qəzalarda onminlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mart hadisələrinə xüsusi diqqət yetirilib və faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edilib. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.