• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 30.03.2023 16:47

"Xatirəmdə yaşayan dahi insan" mövzusunda tədbir keçirilib

KepezTV Player
 Samux rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq "Xatirəmdə yaşayan dahi insan" mövzusunda tədbir keçirilib. Ümummilli liderin ömür yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib. Ulu öndər Heydər Əliyevin bölgəyə səfərləri zamanı onunla görüşən rayon sakinləri ümummilli liderlə bağlı xatirələrindən danışıblar. Ulu Öndərin regional inkişaf siyasəti nəticəsində Samux rayonunda təbii resurs potensialının səmərəli istifadə edilməsinə başlanılıb. Quşçuluq fabriki, heyvandarlıq kompleksi, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələrinin yaradılması və məhsul istehsalının artması buna bariz nümunədir.