Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanına çevrilmənin qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə tədbir keçirilib. Milli Elmlər Akademiyasının Gəncə Bölməsində baş tutan tədbirdə İcra Hakimiyyəti orqanları komissiyalarının, Daxili İşlər Nazirliyinin inspektorları, Post Patrul Xidmətinin Manqa Komandirləri, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlar bir araya gəliblər. Ekspertlər tərəfindən iştirakçılara uşaq əməyinin formaları, istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi, eləcə də uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınması ilə mübarizə mövzusunda məlumatlar verilib, müzakirələr aparılıb.
- Baxış: 274