KepezTV Player
Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin, yəni 10 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılır. “Azərsu ASC” tərəfindən dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinlərini suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər. Layihə ilə bağlı tikinti-quraşdırma işlərinin bu ilin yay aylarında başa çatdılması nəzərdə tutulur.
- Baxış: 225