• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 29.03.2023 11:59

Qadın kişiyə bıçaqla xəsarət yetirib

KepezTV Player

Göygöl rayonunda martın 28-i saat 20 radələrində 1991-ci il təvəllüdlü Dürdanə Əliyevanın qeyri-rəsmi nigahda olduğu Süleymanov Elçin Zakir oğlu ilə yaşadıqları evdə qısqanclıq zəminində mübahisəsi yaranıb. Nəticədə qadın mətbəx bıçağı ilə 1991-ci il təvəllüdlü Elçin Süleymanovun qarın nahiyəsinə xəsarət yetirib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.