• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 27.03.2023 12:06

Xankəndi-Laçın yolundakı ekoloji aksiya 106 gündür davam edir

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə, Rusiya sülhməramlılarına məxsus nəqliyyat vasitələrinin və tibb avtomobillərinin hərəkət etməsinə də növbəti dəfə şərait yaradılıb. Bu isə bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.