• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 27.03.2023 10:05

Ölümlə nəticələnən yol qəzası baş verib

KepezTV Player

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xocalı rayon sakini 43 yaşlı Emin Novruzov idarə etdiyi “BMW” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü - Emin Novruzov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.