• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 25.03.2023 20:09

"Sülhməramlıların müşayiəti ilə qanunsuz hərbi daşımaların icrası qəbuledilməzdir"

KepezTV Player

Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də açıq-aşkar görsənir ki, Qarabağda qanunsuz erməni dəstələri sərbəst şəkildə hərəkətlərini davam etdirirlər. Baxmayaraq ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Rusiya sülhməramlılarının əraziyə yerləşdirləməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə aparılmalı idi.

Ermənistan sülh danışıqlarına əməl etmək istəmir və bölgədə yenidən şəxsi heyətini toplayır, Qarabağda silah-sursat, döyüş texnikasının sayının artırılması ilə məşğuldur. Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələri də qanunsuz fəaliyyətlərini davam etdirirlər. Bütün bu təxribatlar isə əslində bölgədə sabitlik və toqquşmalarının yaşanmaması üçün yerləşdirilən Rusiya sülhməramlıların gözü qarşısında olur. Deməli regionda gərginliyin artmasının əsas səbəbkarı Ermənistanla yanaşı, həm də Rusiyanın Qarabağdakı hərbi kontingentidir.

Sülhməramlıların üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi bölgədə gərginliyin artmasına səbəb olur. Onlar həmçinin qanunsuz daşımaları müşayiət edirlər. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.

Aşıq-aşkar görünür ki, Rusiya sülhməramlılarının ölkəmizin ərazisində həyata keçirdiyi fəaliyyət qanunsuzdur. Buna görə də rus sülhməramlıları ya öz missiyası çərçivəsində davranmalı, ya da ölkəmizi tərk etməlidirlər. Əks halda Azərbaycan tərəfinin rəsmi xəbərdarlığından göründüyü kimi, növbəti antiterror əməliyyatları istisna olunmur.