• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 23.03.2023 19:25

Bu gün Ramazan ayının ilk günüdür

KepezTV Player

Bəli bu gün 11 ayın sultanı Ramazanın ilk günüdür. Təxminən saat yarım əvvəl bu ilin birinci iftar süfrələri qurulub və azan səsiylə insanlar tutduqları orucu açıblar. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək bəyənilən əməllərdəndir. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən aprelin 9-u, 11-i, 13-ü və 17-si Qədr gecələridir. Ramazan ayı aprelin 20-dək davam edəcək. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazanın son günüdür. Gələn ayın 21-i fitr günü, yəni Ramazan bayramı olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda bayram qeyd ediləcək.