• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 22.03.2023 22:47

“Yeddi gözəl” Gəncə teatrının səhnəsində

KepezTV Player

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilsə tədbirlər çərçivəsində paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir. Regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncədə teatrsevərlərin qonağı olub. Kollektiv Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirib. Tamaşa böyük maraqla izlənilib.