• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 22.03.2023 22:46

Xankəndi-Laçın yolunda etiraz aksiyası 101 gündür davam edir

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 101 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq nümayiş etdirirlər. Onların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, kimi şüarlar səsləndirirlər.

Bu gün Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin, Rusiya sülhməramlılarına məxsus tibb avtomobili də daxil olmaqla, 82 nəqliyyat vasitəsinin maneəsiz hərəkət etməsinə də şərait yaradılıb. Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.