• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 19.03.2023 19:50

Uşaqlar bayram sevincini yaşayıblar

Gəncə Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar Novruz bayramı ilə əlaqədar olaraq maraqlı proqramla çıxış ediblər. Dövlətin bu kateqoriyadan olan uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Azərbaycana birgə yardım təşkilatının öz bacarığı, qabiliyyəti, iradəsi ilə cəmiyyətdə uğur qazanan belə uşaqların uğur tarixçələrdən danışılıb, onların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası məsələlərinə də toxunulub. Şənlikdə musiqilər səsləndirilib, hazırlanan milli rəqslər və səhnəciklər, söylənilən şerlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Novruz bayramının əsas rəmzləri Kosa ilə Keçəlin həssas qrupa daxil olan uşaqlarla maraqlı dialoqları tədbirə bir qədər də rəngarənglik qatıb.