• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 18.03.2023 17:54

Qatar və avtobusa olan tələbat artıb

KepezTV Player

Bu gündən etibarən Bakıdan Gəncəyə gələn sürət qatarının son dayanacağı Ağstafadır. Bayramqabağı qatarın hərəkət qrafikinin uzadılması sərnişin sıxlığını aradan qaldırmağa da imkan verəcək. 

Ötən ilin martından fəaliyyətini bərpa edən Bakı-Gəncə sürət qatarının maşrut xətti Ağstafayadək uzadılıb. Nəticədə Tovuza da getmək istəyənlər üçün yeni imkan yaranıb. Bununla da qərb bölgəsində yaşayanlar və bura gəlmək istəyənlər istər adi, istərsə də bayram günlərində sürət qatarından daha rahat istifadə edə biləcəklər. Bayram günlərində isə sıxlığını aradan qaldırması üçün əlavə reyslər düşünülüb.
Qatarda 9-u birinci, 62-si biznes, 296-sı standart olmaqla, 367 yer mövcuddur. Qiymətlər standart yerlər üçün Gəncəyə 15, Tovuza 16, Ağstafaya 17 manat təşkil edir. 

Vətəndaşların mənzil başına rahat və vaxtında çatması üçün avtovağzallara da müraciətlərin sayı artıb. Gəncədən bayram günlərində  Bakıya artan tələbatı nəzərə alaraq xətti üzrə əlavə avtobusların ayrılması planlaşdırılır. 

Sərnişinlər həm sürət qatarı, həm də avtobus üçün lazım olan biletləri onlayn qaydada vəkassalardan əldə edə bilərlər. Qiymətlərdə isə heç bi dəyişiklik yoxdur.