• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 17.03.2023 15:01

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən Gəncə şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Hüseyn Faiq oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.