• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 17.03.2023 15:48

Sərhədçilərlə bayramqabağı görüş

KepezTV Player

Samux Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə N saylı Sərhəd Zastavasında sərhədçilərlə görüş keçirilib. Rayon mərkəzindən 70 km uzaqlıqda, Gürcüstanla sərhəddə xidmət edənləri Novruz bayramı münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev xidmətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun 44 günə əldə etdiyi qələbədən bəhs olunub. Vətən müharibəsində qazanılan zəfərdən sonra ölkəmizdəki bayram abu-havasının artdığı xüsusi olaraq qeyd edilib. Hər il ənənəvi olaraq keçirilən bu cür görüşlərin sərhədçilərdə ruh yüksəkliyi yaratdığı vurğulanıb. Xidmətdə fərqlənənlərə icra hakimiyyətinin fəxri fərmanları təqdim edildikdən sonra incəsənət nümayəndələri tərəfindən hazırlanan musiqili və əyləncəli 
proqram xoş ovqat yaradıb.