KepezTV Player
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 96 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. *** Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Şuşadan keçən yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır.
- Baxış: 270