• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 16.03.2023 11:56

Novruz bayramının olmazsa olmazları

KepezTV Player

Səməni yazın gəlməsinin, təbiətin canlanmasının, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. İnsanlar səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulayaraq, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla xoş günlərə inamlarını ifadə edirlər. Novruz xonçasını bəzəyən milli şirniyyatlarımızın mənaları isə...

Qoğal günəşin və istiliyin simvoludur. Od elementi sayılır.

Şəkərbura da ayın simvoludur. Onun kənarındakı və üstündəki naxışlar ayın şüalarını xatırladır.

Paxlava isə Alovun və ulduzların rəmzi sayılır. Ortasına qoyulan fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.

Boyanmış yumurtalar isə oval, dairəvi formada olduqları üçün qalaktikanı təmsil edir.

Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması hələ qədim dövrlərdən dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulub. Sonda da həmişə yaz qışa qalib gəlib. Bu zaman təbiət dirilir, oyanır. Novruzun əsas simvollarından olan “Kosa” isə burada torpağı təmsil edir və qışın tərəfində dayanan digər Novruz personajı “Keçəl”i üstələyir. Bürc ünsürlərini ifadə edən 4 çərşənbə ilə də yurdumuza yaz öz gəlişini elan edir.

Novruz o qədər gözəl atributları, ənənələri özündə birləşdirir ki, bayram hazırlığından ayrı, bayramdan ayrı zövq almamaq mümkün deyil. Elə isə Novruz bayramımız mübarək olsun!

Aysel Abbasova