• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2354
— 16.03.2023 12:19

Paytaxtda iki qətl hadisəsi olub

KepezTV Player

1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluğun digər xəbərində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumatın daxil olduğu qeyd olunub. Cəsarət Vəliyevin tanışı ilə birgə 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hər iki faktla bağlı cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.