• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 16.03.2023 11:19

Yeni Apple MacBook Air noutbuklarının təqdimatı olacaq

Bloomberg saytının məşhur analitiki Mark Gurman Apple şirkətinin gələcək MacBook Air noutbukları barəsində məlumat verib. Analitikin sözlərinə əsasən, Apple 13 və 15 düym ekranlara sahib yeni MacBook Air modellərini yaxın aylarda təqdim edəcək. Bu məsələdə dəqiq tarix hələ bilinmir. Bundan əlavə olaraq yeni MacBook Air modellərində istifadə ediləcək prosessorların modelləri barəsində də konkret bir məlumat yoxdur. Çox güman ki, 13 düym ekrana sahib model M3 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, M3 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Hal-hazırda aktual olan MacBook Air (2022) modeli keçən ilin iyul ayında satışa çıxarılmışdı. O, 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış M2 prosessoru vasitəsilə çalışır. 15 düym ekrana sahib olacaq yeni MacBook Air modelinin də M3 prosessoru ilə təchiz olunub-olunmayacağı bilinmir.