• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 14.03.2023 12:13

Torpaq çərşənbəsi

KepezTV Player

Süfrədə düzüm-düzüm:

Ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz , gəl.

Novruz bayramının inanclarına görə, ilaxır çərşənbə gecəsi il təhvil olanda sular dayanar, ağaclar bir anlığa başlarını yerə əyərmiş. Həmin gün tonqaldan hoppanıb “ağırlığım-uğurluğum bu tonqalda yansın, kül olsun” deyirlər. Bunu, ilk başda özüm sınadım.

Lap qədim zamanlardan novruz ənənələrinin əks olunduğu Azərbaycan filmlərindən biri olan,“Dəli Kür” filmində uşaqlar yumurta boyayar, müəllimlərinə və böyüklərə bayram payı gətirərmiş. Keçmişdən indiyə qədər gəlib çıxan əsas özəlliyimiz də elə məhz böyüklərə qarşı hörmət və sevgimizdir. Eyni zamanda, küsülülərin barışdığı, qızların bəxtinin açıldığı bu bayramda bütün ailə bir masa arxasında oturar və xoş söhbətlər edərmiş.Novruzun son çərşənbəsi olan Torpaq, yəni ilaxır çərşənbəni isə Azərbaycan xalqı daha təmtəraqlı şəkildə keçirir. Bəs bu çərşənbə günü hansı adətlərimiz icra olunur?

Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşiq olur
Bayram axşamlarında.       

Bu bayram gününü də sevdiklərinizlə keçirib, daha xoşbəxt olmağınız diləyi ilə.

Tellan Zeynalova