• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 14.03.2023 09:56

Yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb

KepezTV Player

Bakı-Qazax avtomagistralının Tovuzun Əlimərdanlı kəndindən keçən hissəsində, körpü üzərində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “Mitsubishi”nin sürücüsü 38 yaşlı Elçin Yaqubəliyev hadisə yerində dünyasını dəyişib, Vüsal Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 1969-cü il təvəllüdlü Camal Məmmədovu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. O aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır.