• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 13.03.2023 10:41

Smartfonlarda mobil şəbəkə siqnalını gücləndirən çip

Honor şirkəti öz yeni çipinin təqdimat tarixini anons edib. Söhbət, mobil şəbəkə keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş çipdən gedir. Honor həmçinin sözügedən çipin smartfon istifadəçilərinə nə kimi üstünlükləri təqdim edəcəyini açıqlayıb. Honor C1 adlı yeni çip radiomodem deyil. O, sadəcə köməkçi təchizat rolunda çıxış edəcək. Sözügedən çip mobil şəbəkə siqnalının çox zəif olduğu yerlərdə həmin siqnalın daha yaxşı şəkildə qəbul edilməsinə yardımçı olacaq. Məsələn; liftdə, şəhərdən kənar ərazilərdə, metroda və s. kimi yerlərdə bu çip mobil şəbəkə siqnalının smartfon vasitəsilə daha yaxşı şəkildə qəbul edilməsini təmin edəcək. Honor-un verdiyi məlumata əsasən C1 çipi optimizasiya edilmiş alqoritmə sahibdir. O, çipə zəif şəbəkə siqnallarını emal etməkdə yardımçı olur. Məlumatda qeyd edilib ki, C1 çipi tamamilə Honor tərəfindən hazırlanıb və artıq Magic 5 seriyasının smartfonlarına quraşdırılıb. Beləliklə, Honor sözügedən çipi 6 mart tarixində Çində təqdim edəcək.