Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılıblar. Qanunsuz yolla Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən Azərbaycan vətəndaşları - 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu olub. Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən sərhəd pozucularının isə Qvineya vətəndaşı Camara Moussa və Liberiya vətəndaşı Vhyee Jr Samie Saye olduğu müəyyən edilib.
- Baxış: 530