• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 08.03.2023 20:26

Yol polisindən qadın sürücülərə 8 Mart təbriki

KepezTV Player

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Yol Polisi əməkdaşları xanımları unutmayıb. Sükan arxasında olan zərif cinsin nümayəndələrini təbrik ediblər.

Gəncə şəhər baş polis idarəsinin əməkdaşları şəhər ərazisində maraqlı reyd keçiriblər. Reyd zamanı saxlanılan qadın sürücülər 8 mart beynəlxalq qadınlar günü münasibətilə təbrik edilib.

Polis əməkdaşlarının hədəfi bu dəfə qadın sürücülər olub. Gəncənin mərkəzi küçələrində sükan arxasında əyləşən xanımların avtpmobilləri saxla işarəsi ilə dayandırılıb. Onlara cərimə və ya xəbərdarlıq yox, bayramları münasibətilə gül təqdim edilib.

Yol polisləri sürücü xanımlara yollarda ehtiyatlı olmağı, qaydalara riayət etmələrini də xatırladıblar.