• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 08.03.2023 20:20

Şəhid xanımları bayram münasibətilə təbrik edilib

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Gəncə şəhər Böyük Bağmanlar məhəlləsi “Həzrəti Zeynəb” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Gəncədə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib.Tədbirdə çıxış edənlər şəhid ailələrinin qadın üzvlərinə təbriklərini çatdırıblar, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından və onların cəmiyyətdə tutduqları yüksək mövqedən söhbət açıblar.Şəhidlərin əziz xatirəsi yad edilib və onların ruhlarına dualar oxunub.