KepezTV Player
Şəmkir rayonunun Abbaslı kəndində Afət Bayramovaya məxsus fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə iki yanğın söndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbrilərə baxmayaraq, 300 kvadartametrlik evin iki otağı və tavanı yanaraq yararsız hala düşüb. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
- Baxış: 449