KepezTV Player
Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndələri Gəncədə səfərdədirlər. Azərbaycan Dövlət Aqrar Universitetində olan qaonaqlar alm ocağının beynəlxalq əlaqələri, maddi-texniki bazası və ikili diplom proqramları barədə məlumatıandırılıblar. Görüşdə toxumçuluq, bitkiçilik, bitki xəstəlikləri, istixana sahəsi və digər istiqamətlər üzrə birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin, birgə elmi-tədqiqat işlərinin aparılması, nəşrlərin hazırlanması və müəllim-tələbə mübadiləsi məsələlərinə də toxunulub. Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Konya Qida və Kənd Təsərrüfatı Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
- Baxış: 312