• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 06.03.2023 12:19

Marketdən seyfi oğurlayan saxlanılıb

KepezTV Player

Bir neçə gün əvvəl Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən tanınmış marketlərdən birində quldurluq yolu ilə oğurluq hadisəsi baş verib. Səhər saatlarında mağazaya gələn şəxs orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqları yapşıqan lentlə bağlanaraq cinayət əməli törədilib. Mağazadan içində 157 min 151 manat, 6040 dollar və 18 min 100 rubl olan seyf götürülüb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək yaxalanıb.