• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 05.03.2023 19:40

“İdman Həftəsi” çərçivəsində həndbol üzrə açıq birincilik reallaşıb

KepezTV Player

Gənclər və İdman Nazirliyi tərəfindən elan edilən 27 fevral - 5 mart "İdman Həftəsi"nə uyğun olaraq, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2006-2007-ci il təvəllüdlü həm oğlan, həm də qızlar arasında həndbol üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib. Azərbaycan Texnologiya Universitetinin idman zalında baş tutan yarışda 6 komanda qalib olmaq üçün mübarizə aparıb. Açıq xarakterli olduğundan birinciliyə Gəncə komandaları ilə yanaşı, Göygöl kollektivi də qatılıb. Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.