Gəncədə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər davam edir. İcra hakimiyyətinin Aparatının Memarlıq və tikinti şöbəsinin nümayəndələrinin müvafiq şəhər Polis Şöbələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər şəhərin Mahrasa bağı ərazisində, 28 May və Mir Cəlal Paşayev küçələrində, Yeni Gəncə yaşayış massivində aparılıb. İcra hakimiyyətinin başçısı Niyazi Bayramovun da iştirak etdiyi reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri onlara izah olunub. Bununla yanaşı torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən və layihə sənədləri olmadan tikinti aparan, habelə qanunun tələblərini pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokollar tərtib edilib.
- Baxış: 365