• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 04.03.2023 12:11

Xarici media nümayəndələri Gəncəyə səfər ediblər

KepezTV Player

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlər Ağdamdan sonra Gəncədə olublar. Erməni terroru nəticəsində dağılan əraziyə səfər edən 30 nəfərlik heyətə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində günahsız mülki insanların həlak olduğu barədə məlumat verilib. Həyata keçirilən hərbi cinayətlər nəticəsində 26 nəfərin həlak olduğu, 175 dinc sakinin yaralandığı, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyi diqqətə çatdırılıb. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə törədilən cinayət zamanı həlak olanlar sırasında uşaq, qadın və yaşlıların da olduğu KİV nümayəndələrinə xatırladılıb.

Əhməd Baha Misirin Yaxın Şərq Agentliyinin əməkdaşı: Mən bu səfər ərzində bir çox dağıntıların şahidi oldum. Xüsusi ilə burada gördüyüm dağıntılar mənə böyük təsir etdi. Ona görə ki, bu dağıntılarda mülki şəxslər ölüb. Mən onların şəkillərini gördüm. Burada qadınlar və uşaqlar vəfat edib. Təbii ki, müharibələrdə qurbanlar həmişə olub. Amma bu qurbanlar qadınlar və uşaqlar olanda bu insana təsir edir. Bu dağıntılar onu göstərir ki, Ermənistan silahlı qüvvələri bu bombalanmanı məqsədyönlü şəkildə aparıb. Onların əsas məqsədi əhalinin məskunlaşdığı yerləri dağıtmaq və qorxu yaratmaq olub.

Anorbek Bimaqambed qazaxstanlı jurnalist: Ballestik raketin atıldığı ərazidə olmaq, raketin yaratdığı çuxurun böyüklüyü, buraya gələnlərin dağılan əraziya qoyduqları uşaq oyuncaqlarını görmək olduqca təsirli mənzərədir. Bu müharibənin insan həyatı ilə bağlı yaratdığı acı mənzərədir. Əminəm ki, bütün buralar bərpa ediləcək və bir də insan tələfatı yaşanmayacaq.

İşdiaq Axmed  pakistanlı jurnalist: Bu vəhşi hücuma heç bir bahənə tapa bilmirik. Beynəlxalq və yerli ictimayyət bununla bağlı çox böyük addımlar atmalıdır ki, bir də belə dəhşətli hücumlar olmasın.