• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 03.03.2023 16:18

Mağazadan quldurluq yolu ilə oğurluq olub

KepezTV Player

Gəncədə tanınmış mağazalardan birində quldurluq yolu ilə oğurluq hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər səhər erkən saatlarda mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqları yapşıqan lentlə bağlanaraq cinayət əməli törədilib. Mağazadan içində 157 min 151 manat, 6040 dollar və 18 min 100 rubl olan seyf götürülüb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.