KepezTV Player
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 82-ci gündür davam edir. Ekofəallar Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Aksiyaya baxmayaraq, bu gün Rusiya sülhməramlı kontingentinin 30 və Beynəlxalq Qızıl Xaç Komitəsinin isə 12 avtomobili yoldan maneəsiz keçid edib. Bu onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.
- Baxış: 359