• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 02.03.2023 20:03

Abituriyentlər həm zehni, həm də psixoloji olaraq hazırdırlarmı?

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə, buraxılış imtahanlarının keçirilməsinə başlanılır. 2 zona üzrə təşkil olunan imtahanların martın 5-i və 12-i keçirilməsi planlaşdırılır. Bəs abituriyentlərin imtahanlara hazırlığı, ələlxüsus da psixoloji durumu istənilən nəticəni əldə etməkdə çətinlik yaratmayacaq?

Elnurə Hacıyeva- abituriyent: “İmtahana çox gücləndirilmiş rejimdə çalışırıq. Demək olar ki, gündə 10-12 saat hazırlıqlarda oluruq. Təbii ki, həyəcan var. Amma oxşar suallarlada tanışıq. Buna görə də istər-istəməz hazırıq. Bu mərhələdən təxminən 200-210 bal civarı gözləyirik. İnşallah hər şey yaxşı olar hər kəsə uğurlar arzu edirəm”.

Əbdürəhman Ələkbərov- abituriyent: “Buraxılış imtahanına çox az bir zaman qalıb. Ona görə biz bacardığımız qədər səylə çalışırıq. Sınıqlarda da 500-ün üstə nəticələr yığırıq. Və çalışıram ki, bu nəticəni buraxılış imtahanında da göstərim. İstər-istəməz həyəcan var, bəli”.

25 ildir repetitorluqla məşğul olan Şahnaz Namazova deyir ki, o son həftələrdə dərslərə ara vermək əvəzinə şagirdlərə daha çox test tapşırığı verir. Belə olduqda daha uğurlu nəticələrin olduğunu qeyd edir.

Şahnaz Namazova- repetitor: “İmtahana 1 həftə qalıb, ancaq biz riyaziyyatı dayandıra bilmirik. Əslində deyirlər ki, şagirdlərə bir az sərbəstlik vermək lazımdır. Amma mən elə düşünmürən, çünki bu məhsullar orta məktəbdə illərlə yığılmayıb ki, onları unutmasınlar. Bunlar repititora gələn bir zamandan yığılan biliklərdir. Əksəriyyəti sıx bir zamnda verilmiş biliklərdir deyə, unudulma ehtimalı daha çoxdur deyə, biz əksinə gücləndirilmiş rejimə keçmişik”.

Stress, depressiya, yorğunluq imtahana gedən şagirdlərin bir çoxunun üzləşdiyi əsas problemlərdəndir. Statistik hesablamalara görə, abituriyentlərin 96 faizi stres altında olur və bu da imtahanda istənilən uğurun əldə edilməməsinə gətirib çıxarır. Ona görə də nəticələrinin yaxşı olmasını istəyənlər çətin bilik yarışından qalib çıxmaq üçün, həm də stressi aradan qaldırmağı bacarmalıdırlar. Bəs bu çətinliklərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?

Sona Davudova- psixoloq: “Bu dövrdə xüsusilə onların yuxu rejminə, qidalanma rejminə əməl etmələrini, karbohidratlı qida maddələrindən uzaq durmalarını çox tövsiyyə edirik. Eyni zamanda, həyacan və stresslərini yönəltməkdə çətinlik çəkirlərsə, bunu son günə saxlamamaları üçün vaxtında mütəxəssisə müraciət etmələrini və imtahan həyacan stresini aradan qaldırmaq üçün müvafiq terapiyalar almasını tövsiyyə edirik. Valideynlərə burda xüsusi müraciətimiz var. Mükəmməlliyətçi yanaşmasınlar, çünki imtahan nəticəsi bizim bütün həyatımızın uğuru deyil. Yalnızca müəyyən təhsil həyatımızın müəəyyən bir uğuru kimi dəyərəndirməlidir. Lakin, buna bəzən böyük anlamlar yükləmək uşaqların üzərinə böyük psixoloji yüklər qoyur”.

DİM-in Gəncə regional bölməsi üzrə martın 5-də keçiriləcək imtahanlar Gəncənin 1 hissəsini əhatə edəcək. Bu imtahanlarda iştirak üçün artıq 3862 nəfər şagird buraxılış vərəqini çap edib.

Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “Şagirdlər üçün tədris dilindən, riyaziyyatdan və xarici dildən imtahanlar götürülür. Tədris dili olan rus və Azərbaycan dili üzrə 30 test tapşırığı təqdim olunur, riyaziyyat fənni üzrə 25 test tapşırığı təqdim olunur. Xarici dil üzrə isə bilirsiniz ki, məktəblərdə xarici dil İngilis dili, Fars dili, Fransız dili bunların hansı tədris olunursa əsas tədris dili kimi həmin fəndən 30 test tapşırığı tələb olunur. Yazılması tələb olunan və açıq tipli tapşırıqlarla bağlı suallarən sayı olduğu üçün səhv cavablar düz cavablara təsir göstərmir. İmtahanda mütləq abituriyentə şəxiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi, göy və qara tünd rəngdə yazan diyircəkli qələm (ruçka) lazım olacaq, sadə saatlar ilə imtahanda iştirak edə bilərlər”.

DİM həmçinin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna da başlayır. Proses martın 15-ə kimi davam edəcək. Odur ki, çətin sınaqdan üzüağ çıxmaq üçün beyindəki neqativləri bir yana atıb pozitivə köklənmək və uğura gedən yolda əminlik nümayiş etdirmək lazımdır.  

Aişə Rzayeva