• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 02.03.2023 11:57

"Qlobal səylərin səfərbər olunmasında liderlik Qoşulmama Hərəkatının nüfuzunu göstərdi"

KepezTV Player

"Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər olunmasında liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi". Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Prezidenti dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələnin BMT sistemində aparılan islahatlarla bağlı olduğunu bildirib. BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığına və indiki reallığı əks etdirmədiyinə diqqət çəkən dövlət başçısı onu qeyri-səmərəli adlandırıb.