Goranboyda Od çərşənbəsi münasibətilə el şənliyi təşkil olunub. Rayonun Tapqaraqoyunlu kəndində bir araya gələn ictimaiyyət nümayəndələri ilk olaraq Azərbaycanın milli qəhrəmanı Niyazi Aslanovun büstü önünə tər çiçəklər düzərək ruhuna dualar oxuyublar. Ardından el adətinə uyğun olaraq Novruz bayramının ənənələri nümayiş etdirilib. Hazırlanan təamlar, nehrə yağının hazırlanması, yun əyirilməsi, bəzədilən xonçalar yaddaqalan anların yaşanmasına səbəb olub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Od çərçənbəsi münasibətilə təbriklər çatdırılıb. Novruzun tarixi köklərə sığınan bayram kimi xalqımızın milli ruhunu nümayiş etdirdiyi vurğulanıb. Vətən müharibəsində qazanılan zəfər nəticəsində düşmən tapdağından qurtulan torpaqlarda da bu gün tonqalların çatıldığı, bayram yaşandığına diqqət çəkilib. Elə bir zamanlar daim təhlükə altında olan Tapqaraqoyunlu kəndində də həyatın normal məcraya qayıtdığı vurğulanıb. Çıxışların ardında Novruzun simvollarından olan tonqal yandırılıb. Rayonun özfəaliyyət kollektivləri və yeri əhali bayram ab-havalı rəqslərlə xoş anlar yaşayıblar.
- Baxış: 165