• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 28.02.2023 12:29

"Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin ruhunu əks etdirir"

KepezTV Player

"Cənubi Qafqaza sülhü qaytarmaq üçün müsbət və konstruktiv iş aparmaq əzmindəyik"

Ötən il fevralın 22-də Moskvada imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə mahiyyət etibarilə münasibətlərin ruhunu və xarakterini, əlaqələrin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib. Dövlət başçısı siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə ciddi qarşılıqlı addımlara ümid ifadə edib. İki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikasının bərpa olunduğunu da vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər. Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik.