• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 27.02.2023 20:36

Təhsil mövzusunda gündəlikdəki məsələlər

KepezTV Player

Bu aydan dövlət məktəblərində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Daha bir yenilik isə bu il müəllimlərin işə qəbul imtahanlarında iştirakçılara əlavə 30 dəqiqə vaxtın verilməsi ilə bağlıdır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə açıqlama verib. Nazir həmçinin Türkiyədən tələbə köçürülməsi, ölkədəki qəzalı məktəblər və 8 mart münasibətilə valideynlərin müəllimlərə bahalı hədiyyə verməsi məsələlərinə də toxunub.

Bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur. Ötən ilki imtahanların təhlilindən sonra bütün fənlər üzrə əlavə 30 dəqiqə də vaxt verilməsi qərara alınıb. Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əməkhaqqı məbləğində növbəti 4 il ərzində 15% artım gözlənilir.

Türkiyənin zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin hansı əsaslarla Azərbaycanın ali təhsil müəssisələrinə köçürülə biləcəyinə aydınlıq gətirilib. Nazir bildirib ki, tələbənin ümumi orta göstəricisi, SAT balı yüksəkdirsə həmin tələbənin köçürülməsi mümkündür. Lakin yalnız attestatla təhsil almağa gedən tələbələr qəbul qaydalarına uyğun olmadığı üçün köçürülmür. Bundan başqa Emin Əmrullayev ölkədə olan qəzalı məktəblərlə bağlı da açıqlama verib.

Nazir, qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar günündə valideynlərin müəllimlərə hədiyyə alması ilə bağlı məsələyə də toxunub.

O ki qaldı ali məktəblərdə təqaüd yerlərinin sayı azalmasına nazir deyib ki, əvvəlki illərlə müqayisədə universitetlərdə dövlət sifarişli yerlərin sayı artıb.Bu da əlavə taqüdlərin sayının azalmasına gətirib çıxardıb. Paralel olaraq tələbələrin qiymətləri də məsələyə müəyyən qədər təsir edə bilər.